“AzerGold” QSC 2017-ci ildə Covdar qızıl filiz mədənindən 40 min ton unsiya qızıl və 60 min ton unsiya gümüş hasil etməyi planlaşdırırdı.
FED.az İnterfax agentliyinə istinadən xəbər verir ki, “2017-ci ildə mədəndən 40 min unsiya qızıl (1,286 min kq) və 60 min unsiya gümüş (1,929 min kq) hasil etmək planlaşdırılır. Bu mədən işlənməyə hazırdır və bu məqsədlər üçün 186 nəfər cəlb olunub”, - deyə hökumətdən qeyd ediblər.
Covdar qızıl filiz mədəninin işlənməsi “AzerGold”un beş illik ortamüddətli strateji fəaliyyət planının bir hissəsidir.
Sonrakı illərdə QSC Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsinin istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Şirkət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunmasını həyata keçirir.