“AzerGold” QSC Azərbaycanda hasil olunan qızıl və gümüş satışından 145 mln. manata yaxın gəlir əldə etməyi planlaşdırır.
“AzerGold” “Argor-Heraeus”şirkətinin affinaj etdiyi qızıl-gümüş tərkibli xəlitənin ixracına başlayıb.
“May ayında şirkət qızıl-gümüş satışından 35 mln. manata yaxın vəsait əldə edib. “Çovdar” filiz emalı sahəsində istehsal olunmuş qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərmək planlaşdırılır”, - deyə şirkətdən bildiriblər.
Saflaşdırılandan sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq.
“Ümumilikdə, cari ildə “AzerGold” QSC 2017-ci qızıl və gümüş satışından 145 mln. manata yaxın gəlir əldə etməyi planlaşdırır”, - deyə şirkətdən vurğulanıb.
Məlumatda deyilir ki, “AzerGold”un rəhbərliyi “Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos ilə görüşüb. Görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni layihələrin reallaşdırlması məsələləri müzakirə olunub.