Xəbər verdiyimiz kimi, səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” yaradılıb və Kamran Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
FED/az xəbər verir ki, Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub.
1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "itqisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.
1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.
1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 3 övladı var.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında Fərman imzalayıb.
@marja.az