İyulun 3-də, saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Hökumət Evində (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 ünvanında) olacaq.
Yığıncağın gündəliyinə lizinq şirkətinin nizamnamə kapitalının artırılması məsələsi daxildir.