Koronavirusun başladığı Çində iqtisadiyyat birinci rübdə kiçilsə də, ikinci rübdə böyüməyə başlayıb. Mütəxəssislər, böyümənin tələb tərəfindən deyil, dövlət tərəfindən maliyyələşdirildiyini vurğulayırlar.
Eləcə də bax: Türkiyənin ən böyük sənaye şirkətləri - AÇIQLANDI - SİYAHI
FED.az xəbər verir ki, koronavirus səbəbiylə ilin ilk rübündə çətinliklər yaşayan Çin iqtisadiyyatı 2020-ci ilin ikinci rübündə 3,2% böyüyüb.
Xatırladaq ki, koronavirusun mərkəzi sayılan ölkədə ilin birinci rübdə iqtisadiyyat 6,8% azalmışdı. Bu göstərici 1992-ci ildən bəri ən pis iqtisadi göstərici olub.
Mütəxəssislər Çinin böyüməsinin tələb əsaslı artım olmadığından gələcək üçün sual yaratdığını söyləyiblər.
Stratejist Rodrigo Catril "Hökumətin köməyi nəticəsində sənayedə inkişaf edən bir böyümə görürük."
İlk iki rüb məlumatları açıqlandıqdan sonra Çin iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% kiçilib.