Avropa Komissiyası avrozona maliyyə nazirlərini (Avropa Qrupu) koronavirus pandemiyası səbəbindən bu il iqtisadiyyatın 10 faiz azala biləcəyi barədə xəbərdar edib.
Eləcə də bax: Ölkələr iqtisadi şoklara cavab olaraq - NƏ QƏDƏR PUL AYIRIB - SİYAHI
FED.az xəbər verir ki, Avropa Mərkəzi Bankının məlumatına əsasən, pandemiyanın səbəb olduğu iqtisadi böhranın dəf olunması üçün 1,5 trilyon avroya ehtiyac yarana bilər.
Qeyd edək ki, bir qədər əvvəl Avropa Qrupunun sədri Mariu Sentenu avrozonanın Maliyyə Nazirləri Şurasının gecə videokonfransının gedişində 16 saatlıq danışıqlardan sonra pandemiyanın ardından Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilmədiyini deyib. Bu mövzu üzrə növbəti videokonfrans aprelin 9-da keçiriləcək.
Bundan öncə aprelin 7-də Mariu Sentenu videomüraciətində Avropa Qrupunun koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası üçün tarixində ən iri - ümumi həcmi 540 milyard avroluq yardım proqramını qəbul edəcəyini elan etmişdi. Həmin proqram Avropa İttifaqının müxtəlif institutları tərəfindən itisadiyyatın müxtəlif sektorlarına əvvəllər təklif olunan tədbirləri və sxemləri birləşdirməlidir.
Azərtac