Bu ilin yanvar-avqust aylarında Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən dövrdə ölkəyə 187,5 min kondisioner idxal edilib. Ölkəyə gətirilmiş kondisionerlərin dəyəri isə 44 milyon 267,3 min ABŞ dolları olub.
Eləcə də bax:Əhali ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - ƏN ÇOX NƏYƏ?
Səkkiz ayda 55 milyon 178,3 min dollarlıq 349,8 min ədəd hesablama maşını, blok və qurğusu idxal olunub. Bundan başqa, hesabat dövründə paltaryuyan maşın idxalı 117,5 min ədəd olub. Bu idxalın dəyəri 24 milyon 235,5 min dollar təşkil edib.