Kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı təkliflər hazırlanacaq.
Eləcə də bax: “Koronavirus davam edərsə, manatın devalvasiyası - QAÇILMAZ OLACAQ” - PROQNOZ
FED.az "APA"-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən 2020-2021-ci illərdə sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.