2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, daxilolmalar 61% artıb, 4600-dən çox KOB subyektinin meyarı böyüyüb.
İqtisadi artımın və sosial inkişafın mühərrikləri – KOB-LAR
Bu barədə FED.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Agentliyin məlumatına görə, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir.
Fəaliyyətdə olan KOB subyektlərinin 97,3%-i mikro, 1,9%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.