Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayacaq.
Putin ölkəsinin “Taxıl sazişi” ilə bağlı mövqeyini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri öz mənbələrinə istinadən yazıb.
Nəşrin sözlərinə görə, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə (“Taxıl sazişi”) qayıtması mümkündür.
Qəzet həmçinin əlavə edib ki, Ərdoğan həm dünya ərzaq təhlükəsizliyi, həm də Qara dənizdə sabitlik və sülh üçün “taxıl sazişi”nin aktivləşdirilməsinin vacibliyini vurğulayacaq.
Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin görüşü bu gün Soçidə baş tutacaq. (Apa)