Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısına qoyulan tələblər yerinə yetirilməzsə, Rusiya taxıl dəhlizini bağlaya bilər.
Rusiyanın Ukraynaya növbəti hava zərbələri buğdanın qiymətini - BAHALAŞDIRIB
FED.az xəbər verir ki, Rusiya tərəfi tələblərinin nədən ibarət olduğunu hələlik açıqlamayıb.
Bildirilib ki, tələblər yerinə yetirilməsə, Rusiya taxıl dəhlizi barədə razılaşmanın müddətinin uzadılmasına razı olmayacaq.
Rusiyanın BMT-nin Baş Qərargahındakı daimi nümayəndəsi Qennadiy Qatilovun sözlərinə görə, Kreml BMT-nin Baş katibi Antonio Quterreşə məktub təqdim edib və bütün tələbləri orada qeyd edib.
BMT rəsmilərinin taxıl dəhlizi haqda razılaşmanın müddətini uzatmaq üçün oktyabrın 16-da Moskvaya səfər etməsi gözlənilir. (Apa)