Ölkəmizin ən böyük üzümçülük rayonlarından biri olan Cəlilabadda məhsul yığımı kampaniyası davam edir.
Eləcə də bax: Azərbaycanın Rusiyaya ixrac etdiyi şərabdan əldə etdiyi gəlir - 55% Azalıb
FED.az Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən vəbər verir ki, rayonda mövcud olan 1401 hektar üzüm bağından indiyədək 6255 ton məhsul yığılıb.
Üzümün bir kiloqramı yerində alıcılara 1, bazarlarda isə 1,5 manata təklif olunur.
Cəlilabadda yetişdirilən üzüm əsasən Bakı şəhərinin və ətraf rayonların bazarlarında satışa çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. İndiyədək Rusiyaya 29 ton üzüm göndərilib.
Qeyd edək ki, ötən il rayonun 1401 hektar üzüm sahəsindən 10 min 80 ton məhsul yığılıb.
© Azərtac