Azərbaycana xarici ölkələrdən idxal edilən yeyinti məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.
Agentlikdən FED.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.
ELƏCƏ DƏ BAX: Azərbaycana 1 milyon tut tingi gətirilib
Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.
Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
Kif maya göbələyi bakteriyalar kimi əlverişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.
Kif göbələyinə görə yandırıldı – ÖZBƏKİSTANDAN GƏTİRİLİB
19:46
12 Dek 2018