2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 6,8 faiz artaraq 36,8 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, tikinti kərpicinin istehsalı 47,9 faiz, sementin istehsalı 45,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 37,2 faiz artmış, tikinti əhənginin istehsalı 17,6 faiz, tikinti gipsinin istehsalı 60,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 61,2 faiz azalıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 46,6 milyon manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 16,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 25,4 faiz azalma müşahidə olunub. Ay ərzində sahə üzrə 24,3 min ton (1,9 faiz çox) armatur, 74,9 ton (32,3 faiz çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib.
Eləcə də bax: Azərbaycanda araq istehsalında böyük artım
©Marja