Marketlərdə kərə yağın qiyməti xeyli bahalaşıb.
AMB: "Bu il illik inflyasiya 8% ətrafında olacaq"
FED.az xəbər verir ki, satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb.
Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələr edilir və məhsul satışa çıxarılır.
İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hazırkı artım süni amillərin təsiri altında yaranıb. Çünki bir müddətdir ki, dünya bazarında kərə yağı və ümumilikdə süd məhsulları 1-2 faiz ucuzlaşıb.
Ekspert vurğulayıb ki, ötən ilin statistik göstəricilərinə əsasən, ölkəmizə 18 min 500 tondan çox kərə yağı idxal edilib və bu 2021-ci ilin göstəricilərindən 23 faiz çoxdur. Daxili istehsal isə 8 faiz azaldığından daxili bazardakı qiymətlər qlobal proseslərə həssasdır. (Xezerxeber.az)