Bu ilin sentyabrın 1-nə Azərbaycanda kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 54 mln. manat və ya 10,7% artaraq 557,7 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından FED.az-a verilən məlumata görə, kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşu aylıq müqayisədə 4,4 mln. manat və ya 0,8%, ilin əvvəli ilə isə müqayisədə bu göstərici 14,3 mln. manat və ya 2,6% artıb.
Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,7% təşkil edib. İllik müqayisədə bu göstərici 1 faiz bəndi artıb, aylıq müqayisədə isə 0,2 faiz bəndi azalıb.