2017-ci ilin yanvar ayında Azərbaycan $33 mln. 537,7 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 75% çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Kənd təsərrüfatı mallarının ixracında meyvə-tərəvəz məhsulları daha çox paya malik olub”, - deyə məlumatda qeyd olunur.
Cari ilin yanvar ayında $17 mln. 724,5 min dəyərində (artım 38,7%) 15,936 min ton meyvə (artım 44,8%) və $6 mln. 321,6 min ton dəyərində (artım 2 dəfə) 6,796 min ton tərəvəz (artım 2,3 dəfə) ixrac edilib.
Bundan başqa, hesabat dövründə $6 mln. 817,4 min dəyərində (artım 3,7 dəfə) 4,762 min ton pambıq (artım 3,7 dəfə), $391,8 min dəyərində (artım 2,7 dəfə) 174,7 min ədəd dəri xammalı (azalma 48,1%), $1 mln. 960,9 min məbləğində (artım 74,3%) 511,8 ton tütün məmulatı (artım 96,8%) ixrac edilib.
2016-cı ildə Azərbaycan $426 mln. 111,7 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur.