Ötən il Azərbaycan 82 291.55 ton alma ixrac edib və bu ixracdan gəliri 52 008.70 min dollar olub.
Keçən il Azərbaycanın nar ixracından gəliri - 30 MİLYON DOLLARI KEÇİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Komitənin hesabatına əsasən, alma ixracı Azərbaycanın ötən ilki ümumi ixracının 0.14%-ini, qeyri-neft ixracının isə 1.71%-ini təşkil edib.
2022-ci ilin göstəricilərini 2021-ci il ilə müqayisə etdikdə, alma ixracının artdığı görünür. Belə ki, keçən il xaricə alma satışı miqdar ifadəsində 15 442.75 ton və ya 23.1 artıb. İxrac gəlirindəki artım isə 14 644.34 min dollar və ya 39.2% olub.