2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 835,3 milyon manatlıq geyim, toxuculuq və ayaqqabı məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 4,8% çoxdur.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13% faizi geyim, toxuculuq və ayaqqabıların alınmasına sərf olunub.
Təkcə avqust ayında geyimə xərclənən vəsaitin məbləği isə 702 milyon manat təşkil edib.