Cari ilin 10 ayı ərzində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə 10 inzibati xəta haqqında protokol tərtib olunub.
"Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılıq aradan qalxacaq"
FED.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər daha çox istehlakçıların əldə etdikləri lazımi keyfiyyətli malların dəyişdirilməsi qaydalarının, istehlakçıların keyfiyyətli mal, xidmət əldə etmək hüququnun, qüsurlu malların dəyişdirilməsi, qaytarılması ilə bağlı tələb irəli sürmək hüququnun pozulması halları ilə bağlı olub.