Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə yeni direktor təyin edilib.
Sadiq Əliyev Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub
FED.az biznes və maliyyə xəbərləri portalının əldə etdiyi məlumata görə, bu vəzifəyə Emil Xəlilov təyin olunub.
Xəlilov Emil Vahid oğlu 1985-ci ildə anadan olub. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.
2023-2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universiteti tərəfindən dəstəklənən “Dövlət xidmətləri üçün süni intellekt” (AI4GOV) magistr proqramınının iştirakçısı olub.
Əmək fəaliyyətinə 2007-ci ildə bank sahəsində hüquqşünas olaraq başlayıb. 2008-2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrini icra edib.
2020-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökümətin İnkişafı Mərkəzinin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
2023-2024-cü illərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin (TƏBİB) İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildən cari təyinatadək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, İnsan resursları və Sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.











