Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
FED.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Fərmana əsasən, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və ştat vahidlərinin həyata keçirdiyi funksiyalar nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına verilib.
Həmçinin, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.