İstanbul Ticarət Palatasının (İTO) məlumatına görə, 2024-cü ilin yanvar ayında İstanbulda; Pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbulda Yaşayış İndeksi dekabr ayı ilə müqayisədə 6,72 faiz, topdansatış qiymətləri hərəkətlərini əks etdirən Topdansatış qiymətləri indeksi isə 4,69 faiz artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar ayında 2023-cü ilin yanvar ayına nisbətən (12 aylıq dövrdə) pərakəndə satış qiymətləri 76,17 faiz və topdansatış qiymətləri 61,48 faiz artıb.
Yanvarda mənzillər 7,58 faiz bahalaşıb
2024-cü ilin Yanvar ayında Dekabr ayı ilə müqayisədə; pərakəndə səhiyyə xidmətlərinin qiymətləri 25 faiz, nəqliyyat və rabitə xidmətlərinin qiymətləri 20,67 faiz, mənzil qiymətləri 7,58 faiz, ərzaq məhsullarının qiymətləri 5,51 faiz, məişət mallarının qiymətləri 4,49 faiz, təhsil qiymətləri 2,81 faiz artıb. Geyimlərin qiymətləri isə 3,87 faiz azalıb.
2024-cü ilin Yanvar ayında Dekabr ayı ilə müqayisədə topdansatış qiymətləri; Tikinti materialları qrupunda 13,22 faiz, Kimya materialları qrupunda 11,16 faiz, Qida materialları qrupunda 6,97 faiz, Yanacaq və enerji materialları qrupunda 4,12 faiz, emal olunmamış materiallar qrupunda 1,90 faiz artıb. (Marja)