İyulun 17-də Bakıda işə başlayan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının (ICCIA) 35-ci iclası çərçivəsində tərəflər arasında 4 Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, həmin sənədlər aşağıdakılardır:
- İslam Palatasının Halal Xidməti ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum;
- Mavritaniya Ticarət Palatası ilə Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında memorandum;
- İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;
- ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və "Caspian Event Organisers" MMC arasında memorandum.