Əbdülnasir Hemməti İranın iqtisadi işlər və maliyyə naziri olub.
İranın yeni prezidenti o oldu
FED.az bu gün (21 avqust) İran parlamentində yeni prezident Məsud Pezeşkianın təklif etdiyi namizədlərə etimad olunması ilə əlaqədar səsvermə keçirilib.
Səsvermədə Əbdülnasir Hemməti 192 səslə bu vəzifəyə seçilib.
Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkian 11 avqustda təklif etdiyi nazirlərin adlarını etimad səsi qazanması üçün İran parlamentinə təqdim edib.
Xatırladaq ki, Əbdülnasir Hemməti 2018-2021-ci illər arasında İranın Mərkəzi Bankının sədri kimi çalışıb. O, 2021-ci ildə ölkədə keçirilən prezident seçkilərinə namizəd kimi qatılıb. (Trend)