İranda yeni ilin başladığı martın 21-dən oktyabrın 21-nə qədərki 7 ay ərzində Azərbaycana 303,3 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.
“İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb
FED.az xəbər verir ki, bu barədə xarici mətbuat bildirir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 28% azdır.
Hesabat dövründə İrandan Azərbaycana əsasən komponentlər və hissələr, borular, alüminium, qablaşdırılmış kərə yağı, kartof, qızdırıcılar, elektriksiz məişət texnikası, polietilen birləşmə, polietilen məftil və kabel örtüyü, polietilen plyonka, dəmir və polad külçələr satılıb. (Report)