Ötən gün baş nazir Əli Əsədov sərəncam ilə Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
Hökumət qiymət artımı ilə mübarizəyə başlayır – ƏLİ ƏSƏDOVDAN SƏRƏNCAM
Bəs yaradılan bu işçi qrupu tərəfindən görülən işlər inflyasiya və qiymətlərin aşağı düşməsinə təsir edəcək?
FED.az xəbər verir ki, iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, ötən ildən bəri ölkəmizdə inflyasiya prosesləri davam edir.
"Bunu hökümət nümayəndələri dəfələrlə vurğulayıblar. Hazırda respublikamızda davam edən inflyasiya prosesinə təsir edən bir neçə faktor var. Bu həm idxal inflyasiya, həm də daxili bazar iqtisadiyyatı münsaibətlərində yaranan problemlərdir. Hesab edirəm ki, sözügedən işçi qrupu həqiqətən aşkarlanan inflyasiya məsələləri ilə bağlı səbəbləri ortadan qaldırma imkanı əldə edəcəksə və bu proseslərə təsir etmək imkanı qazanacaqsa, sözsüz ki bu bir nəticə verəcək. Əgər sadəcə müyyəən proqnozlar və statistika təqdim etməklə işini bitmiş hesab edcəksə, bunun əhəmiyytəli təsiri olmayacaq ", - deyə E. Kərimli bildirib.
Ekspert əlavə edib ki, inflyasiya ilə mübarizə aparmaq üçün bəzi geniş iqtsiadi islahatların həyata keçirilməsinə ehtiyac var.
"Burada əsasən rəqabət məcəlləsinin qəbul edilməsi, iqtisadi münasibətlərin təsirlərinin azadılmasına böyük ehtiyac var. Əgər həmin işçi qrupu müəyyən orqanlar arasında infilasiya mübarizəsinin ümumi koordinasiyasını həyata keçirə biləcəksə, bu problemlərin həll olunmasını hədəfləyib, müvafiq qanunların qəbul edilməsində və qanunların işləkliyini təmin edəcəksə bir nəticə edilə bilər", - deyə o vurğulayıb. (Trend)