2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 30 yeni dövlət standartı qəbul edilib.
FED.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, qəbul edilən yeni dövlət standartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfəyədək artıb.
Yeni standartların qəbulu bizneslərin inkişafına müsbət töhfə verir. Standartların tətbiqi istehsal olunan malların keyfiyyətinin və məhsuldarlığın artmasına müsbət təsir göstərir, biznes fəaliyyətini stimullaşdırır, innovasiyaları təşviq edir, daxili və xarici ticarətin inkişafını dəstəkləyir.