Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü olub.
Azərbaycan şirkəti Daşkənddə 133 milyon dollara yaşayış kompleksləri tikəcək
FED.az xəbər verir ki, görüşdə prezident İlham Əliyev xarici investorlar və ölkədə sifariş almaq istəyən şirkətlər – podratçılar barədə fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanın vicdanlı podratçılara ehtiyac var:
«Bir qayda olaraq, xarici investorlar Azərbaycanın neft-qaz sahəsinə maraq göstərir, digər sahələrdə xarici şirkətlərə gəldikdə, onlar Azərbaycanda əsasən iş müqavilələri almaq istəyirlər. Başqa sözlə desək, podratçı qismində çıxış etmək. Bu da yaxşıdır. Bizə yaxşı, ixtisaslı və vicdanlı podratçılar lazımdır. Amma bu, bizim təcrübəmizdə heç də istədiyimiz deyil, investisiyalar elə bil ki, paralel kursla daxil olur və bizim daha çox inkişaf etmiş sahələrimizi əhatə edir».