Türkiyənin İzmir şəhərində Ege İqtisadi Forumu keçirilib.
FED.az xəbər verir ki, forumda rəsmi şəxslər, o cümlədən səfirlər, iqtisadçı alimlər, Türkiyənin böyük şirkətlərinin rəhbərləri iştirak ediblər.
Forumun rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım çıxış edib. Türkiyənin iqtisadi siyasətinin istiqamətlərindən bəhs edən TBMM-nin sədri diqqətə çatdırıb ki, məqsəd ölkənin hər bölgəsində bütün sahələr üzrə dinamik inkişafı təmin etməkdir. Parlament sədri, həmçinin Türkiyənin dünya dövlətləri ilə iqtisadi və ticarət əlaqələrindən də danışaraq bildirib ki, başlıca hədəf istehsal məhsullarının ixracını artırmaq, daha böyük bazarlara çıxmaq, xalqın rifahını yüksəltməkdir.
Ege Forumunda sənayenin inkişafı, rəqabətə davamlılıq, yeni satış bazarlarının tapılması, Avrasiyadakı iqtisadi proseslərin Türkiyəyə təsiri kimi məsələlər müzakirə edilib.