İyun ayında Azərbaycanda deflyasiya qeydə alınıb.
Bakıda torpağın qiyməti - Ucuzlaşıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin hesablamalarına görə, iyun ayında ölkədə qiymətlərin may ayı ilə müqayisədə ümumilikdə 0,5% ucuzlaşması müşahidə edilib.
Bununla yanaşı, komitə bildirir ki, ötən ilin tiyun ayı ilə müqayisədə ölkədə qiymətlər 4,7% (aydan aya hesablama), yanvar-iyun aylırı ilə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə isə 4,3% (dövrlərin müqayisəsi) artıb.
İyunda qiymətlərin aşağı düşməsi əsasən kənd təsərrüfatı məhsullarının və nəqliyyat xidmətlərinin ucuzlaşması hesabına baş verib – müvafiq olaraq 2,2% və 1,4%.
Əvəzində iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri 5,2% artıb. Bu da əsasən yanacağın bahalaşması ilə bağlıdır.