Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.
Gəmiçilikdən FED.az-a bildirilib ki, artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb.
Hesabat dövründə 1542 avtomaşının daşınıb. Bunlardan 682-si o-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.
Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub.
Əlavə edək ki, sözügedən dövrdə ümumilikdə 348522 ton maye, 93463.3 ton quru yüklər daşınıb.
2017-ci ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.
Xatırladaq ki, Gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.