Həyata keçirilən tədbirlər Azərbaycanda xarici investisiyalı müəssisələrin sayının artmasına və onların fəaliyyətinin genişlənməsinə səbəb olub.
Eləcə də bax: Azərbaycanda kommersiya qurumlarının sayı - 36% ARTIB
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, cari ilin iyulun 1-nə 18 min 589 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artıb.
İyunda isə 439 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə keçən ilin müvafiq dövrü (104) ilə müqayisədə 4,2 dəfə çoxdur.
İyunda qeydiyyata alınmış xarici investisiyalı kommersiya qurumlarının 432-nin fəaliyyəti aktivdir. Ay ərzində qeydiyyata alınmış 433 xarici investisiyalı kommersiya hüquqi şəxsdən 412-i və ya 95,2 faizi 100 faiz xarici investisiyalı, 21-i (4,8 faiz) isə birgə mülkiyyətli hüquqi şəxslərdir.
Bu ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur. (Azərtac)