Türkiyədə xarici ticarət kəsiri məlum olub. FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi ilə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb. Belə ki, Türkiyədə xarici ticarət kəsiri iyunda 9.1% azalaraq 5 milyard 497 milyon dollar olub. May ayında isə bu rəqəm 7 milyard 760 milyon dollar olmuşdu.
Məlumatda bildirilir ki, iyun ayında ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.3% azalaraq 12,954 mlrd. dollar, həmçinin idxal 3,8% azalaraq 18,451 mlrd. dollar təşkil edib.
Nəticədə Türkiyədə iyun ayında ixracın idxalı qarşılama əmsalı 70,02%-ə bərabər olub. Qeyd edək ki, ötən ilin iyununda bu göstərici 68.5% idi.
Mövsümi amillərdən təmizlənmiş ixrac iyunda 0,8%, idxal isə 3,3% azalma qeydə alınıb. Ən çox ixrac edilən ölkə 1,308 mlrd. dollarla Almaniya, ən çox idxal edilən ölkə isə 1,838 mlrd. dollarla Çin olub.
Qeyd edək ki, xarici ticarət kəsirinin gözlənilən olması Türkiyədə dolların məzənnəsinin bir qədər azalmasına kömək edəcəyi gözlənilir.