2017-ci ilin iyun ayı ərzində 2 milyon 15 min 323 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 1 milyon 429 min 248 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).
SOCAR-dan FED.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 290 min 851 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 332 milyon 125 min 450 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
İyun ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
11:02
5 İyul 2017