Türkiyədə iqtisadiyyata inam indeksi açıqlanıb.FED.az xəbər verir ki, iyulda iqtisadiyyata inam göstəricisi əvvəlki aya nisbətən 2% artaraq 90,4-dən 92.4-ə yüksəlib.
Qeyd edək ki, əvvəlki ay inam indeksində azalma müşahidə olunsa da, bu aydakı artımın səbəbi istehlakçı, pərakəndə ticarət, tikinti və xidmət sektorunun etibarlı göstəricilərinin artması ilə əlaqədardır.
İyul ayında istehlakçı güvən indeksi 73,1, xidmət sektoru güvən indeksi 91,9, pərakəndə ticarət sektoruna inam indeksi isə 97,3, inşaat sektoru etimad indeksi isə 77,1 səviyyəsinə yüksəlib.
İyulda real sektor (emal sənayesi) indeksi 101,5 olub.
İyul ayında iqtisadi inam yüksəlib
13:35
30 İyul 2018