İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Xarici ticarət əməliyyatlarında hüquqi prosedurlar və müqavilələrin hazırlanması” mövzusunda təlim təşkil edəcək.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Azleqal Consulting” şirkəti tərəfindən keçiriləcək təlimin əsas məqsədi sahibkarların ixrac əməliyyatlarının hüquqi proseduraları ilə tanışlığı, baş verə biləcək hüquqi məsələlərin həlli, ixrac müqavilələrinin hazırlanması və digər hüquqi məsələlər ətrafında məlumatlar təqdim etməkdən ibarətdir.
Qeyd edək ki, təlimlə bağlı ətraflı məlumatı - http://training.ereforms.org/ saytından əldə etmək mümkündür. Tədbirdə iştirak etmək istəyənlər həm də göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər
İqtisadi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, oktyabr ayının 19-da saat 10:00-da başlayacaq təlim ödənişsizdir.