Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 677 mln. 959,10 min ABŞ dolları təşkil edib. FED.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 55,08% və ya 3 mlrd. 82 mln. 259,17 min dollar çoxdur.
Ötən 4 ay ərzində idxal əməliyyatları 3 mlrd. 26 mln. 051,23 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 861 mln. 53,51 min dollar və ya 39,77% çoxdur.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 5 mlrd. 651 mln. 907,87 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 221 mln. 205,66 min dollar və ya 64,74% çoxdur.
Nəticədə 2 mlrd. 625 mln. 856,64 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 4 ayı ilə müqayisədə 1 mlrd. 360 mln. 152,15 min dollar və ya 2,07 dəfə artım deməkdir.