2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının məbləği 30 milyard 688 milyon 155 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 474 milyon dollar və ya 8,8% çoxdur.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 11 ayı ilə müqayisədə bu il Azərbaycanın ixracı 384 milyon 610 min dollar və ya 2,1% artaraq 18 milyard 303 milyon 415 min dollar, idxalı isə 2 milyard 89 min dollar və ya 20,3% artaraq 12 milyard 384 milyon 740 min dollar təşkil edib.
Eləcə də bax:Gömrük Komitəsindən başqaları üçün mal daşıyanlar barədə – YENI QƏRAR - TAM MƏTN
Ötən ilin 11 ayı üzrə 7 milyard 623 milyon 318 min dollar olmuş xarici ticarət saldosu bu ilin eyni dövründə 5 milyard 918 milyon 674 min dollar təşkil edib. Noyabr ayında ixrac 1 milyard 947 milyon 893 min dollar, idxal 1 milyard 42 milyon 639 min dollar, saldo 905 milyon 254 min dollar təşkil edib.