2018-ci ilin 1-ci rübündə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 5 milyard 546 milyon 139.38 min ABŞ dolları təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 2 milyard 191 milyon 105.51 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 3 milyard 355 milyon 33.87 min ABŞ dolları ticarət reallaşıb. Nəticədə 1 milyard 163 milyon 928 min dollarlıq saldo yaranıb.
Martda ixrac 1 milyard 144 milyon 581 min dollar, idxal isə 738 milyon 783 min dollar təşkil edib.