İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayı təqdim olunub.
FED.az xəbər verir ki,“İxrac İcmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.
2018-ci ilin yanvar - fevral aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,“Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Food export Şəmkir", “İlham-M” MMC, "Sun Food" MMC təmsil olunub.
Eləcə də bax: «Şərab, fındıq, çay, xurma» - PUL GƏTİRƏN MALLAR
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət təmsil olunur. Bu siyahıda adı olan və yanvar-fevral aylarında 100 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirən şirkətlər aşağıdakılardır: ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, "Azərenerji" ASC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.