Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhaəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. 2017-ci ildə ölkədə bu sahədə də yeni inkişaf templəri müşahidə edilib.
FED.az xəbər verir ki,, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda bildirilib ki, 2017-ci ildə ümumilkdə əvvəlki ilə nisbətən 85 faiz artıq – 3 959 kq qızıl, 56 faiz artıq – 8 457 kq gümüş istehsal olunub.
Həmin məhsullar içərisində qızılın ixracı lider mövqedə dayanıb. Qızılın satışından ölkəyə 140 milyon dollar həcmində vəsait daxil olub.