2020-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətində maraqlı dəyişikliklər baş verib.
Eləcə də bax: Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 851,1 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 23,8% artıqdır (ötən il dövriyyə 2 milyard 302,4 milyon dollar olmuşdu).
Yanvar ayında Azərbaycanda ixrac 2 milyard 130 milyon dollar olub – ötən illə müqayisədə 66,5% və ya 1,7 dəfə artıqdır.
İdxal isə 721 milyon dollar olaraq ötən illə müqayisədə 29,5% azalıb.
Nəticədə yanvar ayında xarici ticarətdə müsbət saldo 1,4 milyard dolları keçib ki, bu da ötən illə müqayisədə 5,5 dəfə artıqdır.