Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışını qeyd edirik. MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm töhfə verəcək.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində yazıb.