Bu ilin mart ayında İtaliyanın dövlət borcunun həcmi yeni bir rekordu qıraraq ilk dəfə 2,65 trln. avronu keçib.
Eləcə də bax: Azərbaycan özünün Avropadakı müttəfiqinə - QARABAĞDA İRİ MÜQAVİLƏ VERDİ
FED.az xəbər verir ki, bu barədə İtaliya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Məlumatda bildirilir ki, fevral ayı ilə müqayisədə İtaliyanın suveren borcu 7 mlrd. avro artıb və tarixi maksimuma – 2,6509 trln. avroya çatıb. Bu, ilk növbədə, borcları 7,7 mlrd. avro artan mərkəzi dövlət administrasiyasının xərclərindəki artımdan qaynaqlanıb. Eyni zamanda, yerli inzibati orqanların borcu 800 mln. avro azalıb. (Apa)