İsveçrə Milli Bankı (ölkənin mərkəzi bankıdır) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 1 %-dən 1,5 %-ə çatdırıb.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu addım inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb, sayca 4-cü faiz artımıdır.
Hazırda İsveçrədə uçot dərəcəsi 2008-ci ildən bəri ən yüksək həddədir (Report).