““Yaşıl dəhliz” bizim üçün vacib məsələdir. Biz istəyirik ki, uzun yol qət edən sərnişinlər, xüsusi hava yolu ilə gələn sərnişinlər yaşıl dəhlizdən daha rahat keçsinlər. Lakin sərnişinlər yaşıl dəhlizdən telefon keçirdirlər, qzıl keçirdirlər. Tutulan əşyaların əksəriyyəti də yaşıl dəhlizdə tutulur”.
Avtomobillərin gömrük rəsmiləşdirilməsində yenilik - GÖMRÜK SƏDRİ AÇIQLADI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zaman deyib.
Şahin Bağırov qeyd edib sərnişinlər hər hansı bir əşyanı rüsumsuz gətirmək istəyir: “Bu məsələ bizim diqqət mərkəzindədir. İnsanları “yaşıl dəhliz” qanunlarına dəvət edirik”.