2021-ci ilin yanvar-iyul aylarında sənayenin emal sektorunda istehsalın artıb-azaldığı məhsullar açıqlanıb. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə istehsalı artan sahələr aşağıdakılardır:
İqtisadiyyatda artım və azalma olan - SAHƏLƏR AÇIQLANDI
Kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə,
əczaçılıq məhsullarının istehsalı 88,3 faiz,
maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7 faiz,
tütün məmulatlarının istehsalı 62,5 faiz,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2 faiz,
toxuculuq sənayesi məhsullarının istehsalı 56,4 faiz,
tikinti materiallarının istehsalı 46,7 faiz,
elektrik avadanlıqlarının istehsalı 46,7 faiz,
kağız və karton istehsalı 31,5 faiz,
rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 faiz,
metallurgiya sənayesi məhsullarının istehsalı 14,5 faiz,
hazır metal məmulatlarının istehsalı 10,0 faiz,
neft məhsullarının istehsalı 8,5 faiz,
qida məhsullarının istehsalı 6,8 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 faiz,
maşın və avadanlıqların istehsalı 4,8 faiz,
içki istehsalı 1,8 faiz,
geyim istehsalı 1,2 faiz.
İstehsalın azaldığı sahələr aşağıdakılardır
Kimya sənayesi məhsullarının istehsalı 3,7 faiz,
mebel istehsalı 17,4 faiz,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz,
poliqrafiya məhsullarının istehsalı 50,6 faiz (və ya 2 dəfə),
sair nəqliyyat vasitələrinin istehsalı 71,3 faiz (və ya 3 dəfə).