Azərbaycanda 2018-ci ildə 7 milyard 10 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
FED.az-ın məlumatına görə, bu, 2017-ci illə müqayisədə 4,6 % çoxdur.
ELƏCƏ DƏ BAX: Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək
Ölkədə 2017-ci ildə 6 milyard 580 milyon manat dəyərində məhsul istehsal olunub. 2018-ci ildə istehsal edilən kənd təsərrüfatı məhsullarının 3 milyard 186 milyon manatı bitkiçilik, 106,8 3 milyard 824 milyon manatı heyvandarlıq məhsullarının payına düşüb. Bu, müvafiq olaraq 2017-ci illə müqayisədə 6,8 və 2,7 faiz çoxdur.
Ancaq bununla belə, kənd təsərrüfatı məhsullarının ümumdaxili məhsulda (ÜDM) çəkisində azalma qeydə alınıb. Əgər 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ÜDM-Də xüsusi çəkisi 5,6 faiz olubsa, 2018-ci ildə bu göstərici 5,3 faizə düşüb.
İstehsalı artsa da, ÜDM-də çəkisi – AZALDI
20:31
24 Yan 2019