Son iki ildə Azərbaycanda pivə istehsalı artıb.
FED.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında 4 milyon 174,2 min dekalitr pivə istehsal edilib.
ELƏCƏ DƏ BAX: Azərbaycana 1 milyon tut tingi gətirilib
Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.
Keçən ilin yanvar-oktyabr aylarında isə 3 milyon 797,3 min dekalitr pivə istehsal edilib ki, bu da 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 29,5 faiz çox olub.
Pivə satışında da problem yoxdur. Keçən il noyabrın 1-nə anbarlarda 217,5 min dekalitr pivə qalıb ki, bu da istehsal edilən məhsulun 5,7 faizi həcmindədir. Bu il noyabrın 1-nə isə anbarlarda istehsal edilən məhsulun cəmi 4,2 faizi həcmində, yəni 176,7 dekalitr məhsul qalıb.
İstehsalı artır, su kimi – SATILIR
21:21
13 Dek 2018